AZDays » Yazılar » Toyla keçən yaslar
Информация к новости
  • Просмотров: 1488
  • Автор: Murad
  • Дата: 2-11-2011, 22:45
2-11-2011, 22:45

Toyla keçən yaslar

Категория: Yazılar

Toyla keçən yaslar

Toy olur. Hər kəs çox sevinir. Yas olur məlum kədərlənirik.Maraqlıdır ki, bu gün mən toyla yası ayırd edə bilmirəm. Amma yox ayırd etmək olur bir az - yasın səbəkarı göz önüdə olmasa da toyda səbəbkarları görmək mümkündür.
Hər kəs deyir “Allah ölüm verməsin”. Əməllərində isə heç hiss olunmur ki, bu insalar nə vaxtsa “ölüm olmasın” sözünə əməl edirlər.
Toy olanda hazılıqlar başlanılır ki, həyyatda ən əlamətər günü unudulmaz günə çevirsinlər. Bunu anladıq, bəs yasa niyə bu qədər hazırlıqlar görülür? Yəni insanın ölümünə bu qədər sevinirlər ki, bu günü unudulmaza çevrirlər. Toylarda gorünməyən yeməklərə çox vaxt yaslarda raslayırıq.
İnsan şüuru bu qədər inkişaf edib ki, toyla yası bir tutur, fərq qoymur.
Toylarda yeyib içirlər, şənlənirlər. Bu yasda da olur. Amma toyun başlığı xoş axrı dava olsa da yaslarda əvvəli kədər sonra, yəni artiq yemək vaxtı şənlik olur.
Hələ onu deməmişəm ki, bu gün artıq ölü basdırma da dəb olub. Hərdən insan ölmək həvəsinə düşür ki, onu da belə dəyərləndirib, şərəfinə törən hazırlasınlar. Indi insanları tanıyanda da deyəsən ölüsünə görə tanıyacaqlar, çünki bu gün mubarizə gedir ki, kimin ölüsü daha yaxşı yerdə basdırılıb və daha yaxşı törənə laiq olub.
Toy 1 gün olur qurtarır amma, “masallah” yaslar 40 gün 40 gecə davam edir. Bu məqamda düşünürəm ki, nağıllarımızda nəsə yanlışlıq olub. Onlar deyirdilər ki “onlar 40 gün,40 gecə toy edib, xoşbəxt oldular” amma bu indi yaslara aiddir. Bu gün o sözləri yanlış olar məncə işlətsək.
Ötən gün evə gəlirdim təsadüfən yolun mərkəzində gözüm ağ çadıra sataşdı. Çox gözəl rəngi və qurluşu var idi. Insana çox xoş təsir bağışlayırdı. Çox sevinərək “Ay Allah ne gözəl! Hələ də çadırda toy etmək adətimiz qalıb” dedim. Sevincimdən bu sözləri yüksəkdən demişəm. Yanımda olan qoca gülümsəyərək əllərini çiynimə qoyub “Bala, bu toy deyil yasdır” dedi.
Diqqətimi yaslarda ən çox ağlaşma, amma əslində bəzən gülüşmə kimi görünən bir adət həmişə çəkib. Mənim müşahidəmdə heç də ağlaşma deyilən mərasim deyil. Hə ağlıyan olar, onun çox yaxını qızı və oğlu. Amma deyəsən indi ağlayanı da pulnan gətizdirilər. Hə, bu ağlaşmada insanlar elə bil heç ölü yerinə yox sadəcə bir kafeyə gəlib çoxdandır görmədikləri tanışları ilə söhbət edir, gülür arada da fürsətdən istifadə edib qeybət qırıb ürəklərini boşaldırlar. Tez-tez də saatlarına baxırlar ki “Vaxt gəlib, aparsaydılar bu ölünü, yemək yeyərdik”...
Qınamıram bu insanları. Elə gözəl yeməklər hazırlayırlar ki yasda bunu düşünmədən insan duramır.
İndi mənə maraqlıdı ki, insanlar ölünün ruhuna niyə əzab verirlər ki, ölü istəyəcək ki, bu mərasimin səbəbkarı kimi bu mərasimdə iştirak etsin amma yox... axı o ölməsəydi onu şərəfinə bu cür atəşfəşanlıq qurulmayacaqdı! Axı biz insanları ölümündən sonra qiymətləndirik.
Bir maraqlı məlumat eşitdim dünən. Türk kanalının biri xəbər verir ki, Türkiyədə qəbrin qiyməti evin qiymətindən bahadı. Həm boğazda basdırılmaq hər kəsə nəsib olmur! Daha elit olmaq lazımdı. Indi gərək dünyada yaşayarkən ölümünü də düşünəsən! Yəni daha yaxşı yerdə basdırılasan! Mənzərəsi əsrarəngiz olsun! Mən də sanmışdım ki”biz təkik” yox eyy qardaş Türkiyəni sağ olsun, tək buraxmazlar bizi.
İndi də səhər axşam fikirləşirəm “Ölüm yoxsa yaşayım”.


Məltəm Talıbzadə


Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь.
Мы рекомендуем Вам зарегистрироваться либо войти на сайт под своим именем.